“Hazırda Azərbaycanda koronavirus əleyhinə vaksin ehtiyatı kifayət qədərdir”.
"Unikal" xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu baxımdan heç bir problem yoxdur: “Ona görə də vaksinasiya prosesi rahat şəkildə davam edir. Artıq buster dozasının vaxtı çatan hər bir kəs peyvənd vurdurur”.
Qeyd edək ki, Azərbaycanda Çin istehsalı “CoronaVac”, Rusiya istehsalı “Sputnik” və ABŞ və Almaniyanın birgə istehsalı olan “BioNTech/Pfizer” vaksini istifadə olunur.