Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura start verilib.
"Unikal" xəbər verir ki, turun açılış matçında "Şamaxı" və "Neftçi" komandaları üz-üzə gəlib. Şamaxı şəhər stadionundakı ilk qarşılaşma kimi tarixə düşən matç qonaqların əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.
FIFA referisi Elçin Məsiyevin idarə etdiyi qarşılaşmada ilk qol 10-cu dəqiqədə vurulub. "Neftçi"nin "Şamaxı"da icarədə olan futbolçusu Rəhman Hacıyev cərimə zərbəsini dəqiq yerinə yetirərək, müqavilə üzrə məxsus olduğu klubu məyus edib. İlk yarı "Şamaxı"nın üstünlüyü ilə başa çatıb - 1:0.
Fasilədən sonra fəallığını artıran "Neftçi" 60-cı dəqiqədə bərabəlik qoluna imza atıb. Braziliyalı forvard Tiaqo Bezerra əks-hücumu dəqiq zərbə ilə tamamlayıb. 72-ci dəqiqədə isə onun həmyerlisi Ramon Maçado çoxgedişli kombinasiyadan sonra komandasının qələbə topunu vurub.
Bununla da "Neftçi" xalını 41-ə çatdıraraq, ikinci pillədə möhkəmlənib. 20 xala malik "Keşlə" isə 6-cı mövqedə qalıb.