19 yaşadək qızlardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib.
"Unikal"ın məlumatına görə, millimiz Avropa çempionatının seçmə oyununda Malta ilə görüşüb.
İkinci mərhələdə B liqasının 1-ci qrupunda mübarizə aparan komandalar Şimali İrlandiyada üz-üzə gəlib. Üç gün öncə Farer adalarını iki qolla yenən Azərbaycan millisi bu dəfə oyuna erkən qolla başlasa da, 1-ci dəqiqədə əldə olunan üstünlüyü qoruya bilməyib. Maltaya uduzan komandamız liderliyi əldən verib.
Qeyd edək ki, komandamız üç gündən sonra Şimali İrlandiya ilə görüşəcək.
Avropa çempionatının seçmə mərhələsi
B liqası, 1-ci qrup
II tur, 10 aprel
17:00. Azərbaycan – Malta – 1:2
Qollar: Pərvin Səfərəliyeva, 1 – Uillis, 62, Ferugia, 69
Larne. İnver Park