Əfsanəvi britaniyalı futbolçu Devid Bekhem və Viktoriya Bekhemin böyük oğlu 23 yaşlı Bruklin Bekhem aktrisa Nikola Anne Pelts ilə ailə həyatı qurub. 

"Unikal" xəbər verir ki,  3 milyon funt-sterlinqə ( təxminən 6 687733 AZN ) başa gələn toya məşhurlar axın edib. Mətbuata qapalı keçirilən möhtəşəm mərasimin ancaq uzaqdan görüntülərini çəkmək mümkün olub.

Bildirək ki,  toy mərasimi 27 yaşlı modelyerin atası milyarder Nelson Peltsin ABŞ-ın Palm Springs şəhərindəki malikanəsində keçirilib. 

Bununla yanaşı, Brooklyn Bekhem və Nikola Anne Pelts toy fotolarını dərc etmək hüququ üçün "Vogue" jurnalı ilə müqavilə imzalayıb. Məhz buna görə də qonaqlara mərasimdə mobil telefondan istifadə etmək, çəkiliş aparmaq və sosial şəbəkələrdə paylaşım etmək qadağan edilib. Paparassilər toyu uzaqdan izləmək üçün böyük səy göstəriblər. Bəylə gəlin aydın görünməsə də, qonaqlar toy məkanına daxil olarkən şəkil çəkdirə biliblər.

Gülayə  Mecid