Türkiyəli müğənni Mahsun Kırmızıgüllə həyat yoldaşı Ece Binay boşanıb.
"Unikal" xəbər verir ki, Beykoz Ədliyyəsində baş tutan prosesdə 6 illik evlilik 15 dəqiqəyə sonlandırılıb.
Boşanmanın ardından müxbirlərə açıqlama verən ifaçı "Bütün cəhdlərimizə baxmayaraq, evliliyimizi xilas edə bilmədik. Fikir ayrılıqları səbəbindən ayrıldıq" cavabını verib. O, övladının qəyyumluğu ilə bağlı suala isə hər zaman görüşəcəklərini deyərək müsahibəni sonlandırıb.
Ece isə xəyanət iddiaları ilə bağlı suallara səssiz qalıb. O, "Boşanma ərizəsi verdim, bitdi" deyə, vəziyyəti qısa şəkildə şərh edib.
Qeyd edək ki, bir müddət öncə müğənninin gənc xanımla səmimi görüntüsü yayılmışdı. Mahsun Kırmızıgül hələ də bu barədə açıqlama verməyib.