"Yağış yağıb gülmək əvəzinə başqasının pulunu, yatağını, görnüşünü müzakirə, qeybət etmək və böhtan atmaq, plan qurub kiminsə arasını vurmaq, intiriqa yaratmaq, hardansa burmaq, oyun qurmaq və s. Edənlərin çoxu da tanınmış, üzdə olan hətta uğurlu insanlardır".
"Unikal" xəbər verir ki, bunu müğənni Nura Suri "Facebook" hesabında yazıb. Sənətçi insanların paxıllığından, sevgisizliyindən gileylənib.
"Bir çürümüş meyvəni saf meyvələrin arasında saxlayanda hamısı çürüməyə başlayır. Cəmiyyətimizdə hazırda bu vəziyyətdədir. Çoxunu kompleksləri boğur, qalanlarını paxıllıq. Çox az adam var ki, adekvat və saf düşüncəlidir. Şou-biznesdə isə deyə bilərəm ki, yeganə öz həyatını, sənətini düzgün quran insan Çingiz Mustafayevdir. İnsan öz işiylə azad ruhu və beyniylə çox rahat yaşayır. Onun rahatlığından hər birimizə arzu edirəm".