Müğənni Sevda Yahyayeva həyat yoldaşı Zakir Bayramovdan müvəqqəti ayrı qalıb.
"Unikal" xəbər verir ki, İstanbulda olan sənətçi işləri ilə bağlı orada uzun müddət qalmalı olduğunu, ərinin isə Bakıya geri qayıtmaq məcburiyyətində qaldığını vurğulayıb.
Z.Bayramov isə Sevda üçün çox darıxdığını etiraf edərək "Təyyarəyə gedərkən sağ tərəfimdə böyük bir boşluğu hiss etdim. Sən yox idin. Başa düşürəm ki, bu sadəcə müvəqqəti bir zərurətdir, lakin qəlbim bunu qəbul etmək istəmir. Gözlərim evin hər bir guşəsində səni, qulaqlarım isə sevgidolu səsini eşitmək üçün otaqlardan asılmış, qəlbim isə istini itirməmək üçün könlümdə quş tək döyünməkdədir. Sənsiz dəli kimi darıxıram, əzizim" sözlərini vurğulayıb.
Sevda isə "Mənim nəfəsim, darıxıram mən də... bilirsən" cavabını verib.