Məşhur braziliyalı sabiq futbolçu Ronaldo bu mövsüm "Qızıl top"nu "Real Madrid"in oyunçusu Kərim Benzemanın qazanmasını istəyir.
"Unikal" xəbər verir ki, 45 yaşlı keçmiş futbolçu bu barədə açıqlamasında danışıb.
"Bu mövsüm Çempionlar Liqasının qalibi olmaq üçün əsas namizəd təbii ki, "Real"dır. Dünyanın ən yaxşı mütəxəssislərindən biri Karlo Ançelotti "Real"ın baş məşqçisidir. Bu, onlar üçün böyük bir şansdır. Həm də "Real"ın Kərim Benzema kimi çox yaxşı futbolçusu var. Bunu illərdir deyirəm, yenə də deyəcəyəm: Benzema "Qızıl top"u qazanmağa layiqdir. Keçmişdə belə sözlər dediyimə görə məni tənqid etmişdilər. Amma Benzema möhtəşəm bir hücumçudur", - o, qeyd edib.
Ağarza Elçinoğlu