Rusiya işğalçı qoşunları artıq 500 mindən çox Ukrayna vətəndaşını federasiyanın ucqar nöqtələrinə aparır.
"Unikal" xəbər verir ki, bunu bunu Ukrayna prezidenti Volodimir Zelenski Estoniya parlamentinə müraciəti zamanı deyib.
O qeyd edib ki, deportasiya olunan ukraynalıların sənədləri və telefonları daxil digər hər bir əşyaları əllərindən alınır: "Onları Rusiya Federasiyasının ucqar bölgələrinə aparmağa çalışırlar. Ukraynaya qayıtmaq cəhdlərinə hər cür mane olurlar. Uşaqlar valideynlərindən ayrılır və onlar qanunsuz olaraq rus ailələrinə övladlığa göndərilir. On minlərlə Rusiyanın zərbələrinin qurbanına çevrilmiş Ukrayna şəhərlərində artıq insanlar həlak olub. Yaşayış məntəqələrinə və mülki infrastruktura qarşı Rusiya ordusu bütün növ artilleriyadan və raketlərdən, aviabombalardan, xüsusən də fosfor bombalarından istifadə edir", - deyə Zelenski bildirib.
Ağarza Elçinoğlu