Dünya şöhrətli aktyor Conni Depp keçmiş həyat yoldaşı Ember Herdi döydüyü iddiaları ilə gündəmə gəlib.
"Unikal" xəbər verir ki, məşhur aktyor onu “arvadını döyən” kimi qələmə verən “The Sun Newspaper” qəzetini və qəzetin baş redaktoru Den Vuttonu məhkəməyə verib.
Məşhur simalar 2017-ci ildə boşansa da, cütlük arasında hüquqi mübarizə davam edir. Belə ki, Depp reputasiya mübarizəsinə başlayıb və keçmiş həyat yoldaşının "The Washington Post" qəzetində dərc olunan məqaləsindəki məişət zorakılığı iddialarına görə ABŞ-ın Virciniya əyalət məhkəməsinə 50 milyon dollar təzminat iddiası qaldırıb.
100 milyon dollar təzminat tələb edən Herdi sosial media hesabında "Conni ailə içi şiddət və zorakılıq təcrübələrimi paylaşdığım "The Washington Post" qəzetindəki məqaləm üçün məni məhkəməyə verdi. Yazıda heç vaxt onun adını istifadə etməmişəm. "Güclü kişilərə qarşı çıxmaq nəyə başa gəlir?" bağlı sualına fikirlərimi bildirdimişəm. Ümid edirəm ki, bu proses başa çatacaq və biz davam edəcəyik. Mən Conniyə həmişə böyük sevgim olub və bunu bölüşmək mənə ağrı verir", - deyə qeyd edib.
Bildirilir ki, son məhkəmə iclasında Herdin vəkili Elaine Bredehoft, Deppin getdikləri kurortdakı oteldə Herdi üç gün saxladığını, zorakılıq tətbiq etdiyini, hətta ona cinsi istismar etdiyini iddia edib.
Məşhur aktyor bütün bu ittihamları rədd edib.