“Putin və ordusu strategiyasını dəyişir. Onlar Xarkova və Mariupola daxil olmaqla bütün Donbasa daha da təzyiq göstərmək üçün qoşunlarını gücləndirirlər”.
"Unikal" xəbər verir kİ, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciəti zamanı bildirib.
O qeyd edib ki, Rusiya hərbi əməliyyatlarına Ukrayna ilə kifayətlənməyəcək.
“Müxtəlif ekspertlər Rusiyanın işğalı halında Ukraynanın bir həftədən çox dayanmayacağını bildiriblər. Biz nəinki rus ordusunu dayandıra bildik - onları rədd etdik! Amma bizim müharibəmiz hələ bitməyib. Bu, yalnız birinci tur idi" - deyə Zelenski bildirib.