Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi ABŞ Konqresinin Nümayəndələr Palatasının 398 üzvünə qarşı sanksiya tətbiq edib.
"Unikal" xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri, o cümlədən rəhbərlik və komitə sədrləri Rusiyanın “qara siyahı”sına daxil edilib.
Qeyd olunur ki, bu qərar Rusiya Federasiyası tərəfindən ABŞ-ın sanksiyalarına cavab olaraq atılıb.
Əlavə edək ki, Rusiya daha əvvəl 87 kanadalı senatoru “qara siyahı”ya salmışdı.