Hindistanın Andhra Pradeş ştatında əczaçılıq fabrikində güclü partlayış baş verib.
"Unikal" xəbər verir ki, hadisə nəticəsində 6 işçi ölüb, 13 işçi isə ağır yaralanıb. Əraziyə polis və həkim briqadası göndərilib.
Hindistan polisinin məlumatına görə fabrikdə kimyəvi reaktora azot turşusunun sızması nəticəsində partlayış baş verib. Daha sonra fabrikdə yanğın başlayıb.