"Ölkəmizdə bələdiyyələrin birləşdirilməsi praktikada olub. Düşünürəm ki, bir çox bələdiyyələrin birləşdirilməsinə ciddi ehtiyac var".
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Cavid Osmanov deyib.
Deputat bildirib ki, bələdiyyələrin birləşdirilməsi ilə onların potensialını artırmaq mümkündür:
"Bələdiyyələr birləşdikdən sonra daha effektli xidmət göstərə və seçildikləri ərazilərdə müəyyən layihələri həyata keçirə bilərlər. Bəzi bələdiyyələrin birləşdirilməsinə müsbət baxıram. Gələcəkdə bu proses baş verə bilər".
Anar Kəlbiyev