100-dən çox hərbi texnikanın daxil olduğu ABŞ qoşunlarının bir hissəsi rotasiya kontingentini gücləndirmək və beynəlxalq təlimlərdə iştirak etmək üçün Litvaya gəlib.
"Unikal" xəbər verir ki, bu barədə Litva ordusunun mətbuat xidməti bildirib.
"ABŞ Pensilvaniya Milli Qvardiyasının 1-ci batalyonunun, 109-cu artilleriya alayının əsgərləri bu gün səhər saatlarında hərbi texnika ilə Litvaya gəliblər... Bölməyə 155 mm-lik M109A6 Paladin özüyeriyən haubitsaları və 100-dən çox digər texnikalar daxildir", - məlumatda bildirilir.
Qeyd olunur ki, bölmə Litvada ABŞ-ın rotasiya qüvvələrini gücləndirəcək və may ayında keçiriləcək beynəlxalq canlı atəş təlimində iştirak edəcək.
Ağarza Elçinoğlu