Böyük Britaniya iki rus oliqarxın 10 milyard funt sterlinqlik aktivlərini dondurur.
"Unikal" xəbər verir ki, Britaniya hökuməti rusiyalı oliqarx Roman Abramoviçə yaxın iki rus oliqarx - Yevgeni Tenenbaum və David Davidoviçin 10 milyard funt sterlinq dəyərində aktivlərinin dondurulduğunu bildirib.
İngiltərə Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada,Tenenbaum və Davidoviçə qarşı alınan sanksiya qərarı ilə fevral ayından bəri sanksiyaya məruz qalan rusiyalı oliqarxların, ailə üzvlərinin və ortaqlarının sayının 106-ya çatdığı qeyd olunub.