İngiltərənin "Aston Villa" klubunun baş məşqçisi Stiven Cerrard dünyanın ən yaxşı futbolçusunu açıqlayıb.
"Unikal" xəbər verir ki, 42 yaşlı mütəxəssis bu ada Argentina millisinin və Fransa PSJ-sinin hücumçusu Lionel Messini layiq görüb.
İngiltərəli baş məşqçi Premyer Liqa tarixində isə fransalı veteran forvard Tyerri Anrini hamıdan üstün hesab edib.
Qeyd edək ki, Stiven Cerrard 1998 - 2015-ci illərdə ölkəsinin "Liverpul" klubunda çıxış edib.