Çin ordusu ABŞ-ın Tayvana göndərdiyi "səhv siqnallara" cavab olaraq aprelin 15-də Tayvan yaxınlığında hərbi təlimlər keçirəcək.
"Unikal" xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin məlumatında deyilir.
Bildirilir ki, bu siqnallardan biri də ABŞ konqresmenlərinin adaya səfəri olub: "Bu, son dərəcə ikiüzlüdür və inandırıcı deyil. Çin buna qəti şəkildə qarşıdır və artıq ABŞ-a rəsmi bəyanat göndərib", - deyə Müdafiə Nazirliyi bildirib. Agentliyin məlumatına görə, ABŞ Çinə adayı dəstəkləməyəcəyinə söz versə də, Tayvana"ciddi yanlış siqnallar" göndərir.
Təlimdə dəniz və hava məkanında hərbi texnikalar, bombardmançı təyyarələr, qırıcılar və "çoxməqsədli döyüş patrullarının təşkili üçün digər qüvvələr" cəlb olunacaq.
Ağarza Elçinoğlu