Mariupolda İliç adına zavod Rusiya ordusunun əlinə keçib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.
"Mariupol şəhərində bir qrup Rusiya qoşunu və Donetsk Respublikasının (özünü elan etmiş) Xalq Milis bölmələri hücum hərəkətləri nəticəsində İliç Dəmir Zavodunu ukraynalı millətçilərdən tamamilə azad edib", - general-mayor brifinqdə deyib.
Qeyd edək ki, Rusiya qüvvələri Mariupolu martın 7-də mühasirəyə alıb.
Ağarza Elçinoğlu