Rusiyanın Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxiləsi fonunda Polşa Rusiyadan kömürün alınmasına embarqo qoyub.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak məlumat verib.
"Rusiya ilə iqtisadi müharibə davam edir. Polşa Rusiya kömürünə embarqo qoyub. Həmçinin, Polşa prezidentinin imzaladığı xüsusi qərarlar aktında Rusiyanın Ukraynaya qarşı təcavüzünü dəstəkləyən hüquqi və fiziki şəxslərin aktivlərinin dondurulması imkanları nəzərdə tutulub", - deyə o, bildirib.
Gülayə Mecid