İranda ötən sutka ərzində 33 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasından ölüb.
"Unikal" xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.
Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 140 777 nəfərə yüksəlib.
İranda son 24 saat ərzində 1 994 nəfər koronavirusa yoluxub. Beləliklə, COVID-19-a yoluxanların sayı 7 204 049 nəfərə çatıb.