Moskva Vaşinqtona diplomatik nota verdi.
"Unikal" xəbər verir ki, məlum sənədin surətini "The Washington Post" əldə edib.
Mənbə bildirir ki, notada qeyd olunur ki, ABŞ Ukraynanı silahla təmin etməklə regionda vəziyyəti daha da gərginləşdirir.
Diplomatik xəbərdarlıq ABŞ prezidenti Co Baydenin Ukraynaya 800 milyon dollarlıq yeni hərbi yardım paketi təqdim etməsi ilə bağlı bəyanatı ilə əlaqədar göndərilib.
Qeyd olunur ki, sənəd Rusiyanın ABŞ-dakı səfirliyində Dövlət Departamentinə təhvil verilib: "Biz ABŞ və onun müttəfiqlərini regional və beynəlxalq təhlükəsizlik üçün gözlənilməz nəticələrə səbəb olan Ukraynanın məsuliyyətsiz hərbiləşdirilməsini dayandırmağa çağırırıq".
Ağarza Elçinoğlu