Ukraynanın müdafiə naziri Aleksiy Reznikov “Moskva” raket kreyserinin məhv edilməsinə münasibət bildirib.

"Unikal" xəbər verir  ki, o, batmış gəmidən dalğıc yeri kimi istifadə etməyi təklif edib.

"Rusiyanın flaqmanı indi dalğıc üçün layiqli yerdir. Üstəlik Qara dənizdə belə yerlərdən biri...Müharibədəki qələbəmizdən sonra qəza yerinə mütləq baş çəkəcəyəm. Yeri gəlmişkən, artıq 300 sualtı dalğıcım var", - Reznikov "Twitter"də yazıb.

Qeyd edək ki, “Moskva” kreyseri Odessa yaxınlığında Qara dənizdə Ukrayna Silahlı Qüvvələri tərəfindən iki Neptun raketi ilə vurulub.

Rusiya Müdafiə Nazirliyi əvvəlcə gəminin məhv edilməsini təkzib etsə də, dəymiş ziyanı etiraf edib.

Gülayə  Mecid 

yalan