İspaniyanın “Real Madrid” klubunda koronavirusa növbəti yoluxma halı aşkarlanıb.
"Unikal" xəbər verir ki, Madrid təmsilçisinin yarımmüdafiəçisi Dani Sebalyosun COVID-19 testinin nəticəsi müsbət çıxıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bu səbəbdən məşq prosesini buraxan 26 yaşlı oyunçu dərhal karantinə alınıb. O, qarşıdakı “Sevilya” ilə matçda komandasına kömək edə bilməyəcək.
Xatırladaq ki, bir neçə gün əvvəl “Real Madrid”in müdafiəçisi Xesus Valyexonun da koronavirusa yoluxduğu açıqlanmışdı.