"Moskva" kreyserinin komandiri həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko "Telegram"da bildirib.
Onun sözlərinə görə, "Moskva" kreyserinin komandiri Anton Kuprin gəminin göyərtəsində baş verən partlayış zamanı ölüb.
Ukrayna tərəfi “Neptun” gəmi əleyhinə raket sistemləri ilə Rusiyanın Qara dəniz donanmasındakı “Moskva” kreyserini vurduğunu bəyan edib.
Rusiya Müdafiə Nazirliyi Rusiyanın Qara dəniz donanmasına məxsus “Moskva” raket kreyserinin batdığını təsdiqləyib.
““Moskva” kreyserinin təyinat limanına çəkilməsi zamanı sursatların partlaması nəticəsində baş verən yanğından gövdəyə ziyan dəydiyi üçün gəmi dayanıqlığını itirib. Fırtınalı dəniz şəraitində gəmi batıb”, - Rusiya MN-in məlumatında bildirilib.