Almaniya hökuməti ölkənin hərbi büdcəsini 2 milyard avro artırmağı planlaşdırır.
"Unikal" xəbər verir ki, bunu maliyyə naziri Kristian Lindner öz "Twitter" səhifəsində təsdiqləyib.
"Mediada yayılan xəbərlər doğrudur: əlavə büdcədə silahlı qüvvələrin gücləndirilməsinə yardım üçün vəsait 2 milyard avroya qədər artırılıb. Vəsaitin böyük hissəsi Ukraynaya dəstək üçün xərclənəcək. Kansler [Almaniya kansleri Olaf Şolts - red.] bunu çoxdan tələb edirdi", - K.Lindner qeyd edib.
Daha əvvəl "Reuters" agentliyi Almaniya hökumətindəki mənbəyə istinadən xəbər vermişdi ki, O. Şolts ölkənin hərbi büdcəsini 2 milyard avro artırmağı planlaşdırır.(trend)