Parlamentin spikeri Şalva Papuaşvilinin başçılıq etdiyi Gürcüstan parlamentinin nümayəndə heyəti Buçaya getməkdən imtina edib və heyət Kiyevə gəlib.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.
Bildirilir ki, aprelin 10-da Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili işğalçıların vəhşiliklərindən əziyyət çəkən Kiyev vilayətinin Buça və İrpen şəhərlərinə getməkdən imtina edib.
"Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Buça və İrpinə səfər etmək dəvətimi qəbul etmədi", - deyə Ukrayna Ali Radanın spikeri mətbuata açıqlamasında deyib.
Həmçinin Ali Radanın spikeri aprelin 13-də anlaşılmazlıqların aradan qaldırıldığını və Şalva Papuaşvilinin nümayəndə heyəti ilə Kiyəvə səfərə gəldiklərini bəyan edib.
Qeyd edək ki, ölkələr arasında münasibətlər Gürcüstanın hələ də Ukraynaya genişmiqyaslı işğalı ilə bağlı Rusiyaya qarşı sanksiyaların tətbiqini zəruri hesab etməməsi fonunda gərginləşib.
Belə ki, fevralın 25-də Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib ki, onun dövləti Rusiyaya qarşı Qərbin nə maliyyə, nə də iqtisadi sanksiyalarına qoşulmayacaq. O , aprelin 3-də bu mövqeyini bir daha təsdiqləyib.