Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyadakı qiymət artımları bağlı açıqlama verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə lideri artımların bütün dünyanın ümumi probleminə çevrildiyini vurğulayıb.
"Enerjidən tutmuş qidaya qədər bir çox sahədə hədsiz qiymət artımları bütün dünyanın ümumi problemidir. Hətta, Türkiyə istehsal gücü və logistik üstünlükləri ilə bu problemdən ən az təsirlənən ölkələrdən biridir", - deyə o, bildirib.