Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman neft bazarlarında baş verənləri və Ukraynadakı vəziyyəti müzakirə ediblər.
"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə daxil olmayan neft hasil edən ölkələr ilə həyata keçirilən əməkdaşlıq məsələlərinin müzakirə edildiyi görüşdə sözügedən əməkdaşlıqla bağlı müsbət dəyərləndirmələr aparılıb.
Telefon danışığı zamanı tərəflər Ukrayna və Yəməndəki hadisələri də müzakirə ediblər.