Sankt-Peterburqun Serafimovski qəbiristanlığında 8-ci Ordu komandirinin müavini, general-mayor Vladimir Frolovla vida mərasimi keçirilir.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, vida mərasimində Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov iştirak edib.
Qubernatorun sözlərinə görə, general-mayor Vladimir Frolov Ukraynada gedən döyüşlərdə həlak olub.
"General Ukraynada keçirilən xüsusi əməliyyat zamanı göstərdikləri qəhrəmanlığa görə “Şücaət” ordeni və “İgidliyə görə” medalı ilə təltif edilib" - deyə Beqlov bildirib.