İtaliya aprelin 17-dən etibarən Rusiya gəmiləri üçün limanları bağlayacaq.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qadağa fevralın 24-dən sonra bayraqlarını dəyişdirən gəmilərə də şamil ediləcək. Hazırda İtaliyada olan gəmilər ticarət fəaliyyətlərini tamamlayan kimi limanları tərk etməli olacaqlar.