Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub.
"Unikal" xəbər verir ki, günün ikinci matçında "Neftçi" "Sabah"ı qəbul edib.
"Bakcell Arena"dakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Sabah"ın heyətində Bəxtiyar Həsənalızadə 5-ci dəqiqədə avtoqol müəllifi olub.
Qələbə sayəsində xallarının sayını 44-ə çatdıran "Neftçi" ikinci, 32 xalı olan "Sabah" isə 5-ci pillədə qərarlaşıb.