Aprelin 16-dan Rusiya bayrağı altında qeydiyyatdan keçmiş bütün gəmilərin Bolqarıstanın dəniz və çay limanlarına girişi qadağan edilib. Bu, 24 fevral 2022-ci ildən sonra Rusiya bayrağını və ya reyestrini dəyişdirmiş bütün gəmilərə də aiddir.
"Unikal" xəbər verir ki, Bolqarıstan Dəniz Administrasiyası məlumat yayıb.
Qadağa Aİ Şurasının 2022-ci il 8 aprel tarixli qərarı əsasında Rusiyanın Ukraynada sabitliyi pozan hərəkətləri ilə bağlı məhdudlaşdırıcı tədbirlərə əsaslanıb.
Xatırladaq ki, Rumıniya Dəniz Administrasiyası da Rusiya bayrağı altında üzən gəmilərin limanlarına daxil olmasını qadağan edib.