Aprelin 17-də İndoneziya sahillərində 5,3 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentrinin ölkənin Nabire şəhərindən 273 kilometr şimal-şərqdə, ocağının 10 kilometr dərinlikdə yerləşdiyi qeyd edilib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir, sunami xəbərdarlığı elan olunmayıb.