Böyük Britaniyanın baş naziri Boris Conson telefon danışığı zamanı Ukrayna prezidenti Volodimir Zelenskiyə məlumat verib ki, zirehli texnika yaxın günlərdə Ukraynaya təhvil veriləcək.
"Unikal" xəbər verir ki, bu barədə Britaniya hökumətinin rəsmi saytında məlumat verilib.
Böyük Britaniyanın baş naziri qeyd edib ki, o, yaxın günlərdə Ukraynanın öz suverenliyini qoruya bilməsi üçün müttəfiqlər və tərəfdaşlarla yaxından işləməyə davam edəcək.