Xerson vilayətinin Qavrilovka kəndində rus hərbçiləri çörək üçün mağazaya gedən bir qrup yeniyetməni atəşə tutublar.
"Unikal" xəbər verir ki, bu barədə “Novovorontsovshchina News” məlumat yayıb.
Şahidlərin sözlərinə görə, azyaşlılar telefonla danışa-danışa küçə ilə gedərkən həmin vaxt rus hərbçiləri xəbərdarlıq atəşi açıb.
Bu zaman uşaqlar qaçmağa başlayıb və onlara tərəf açılan atəş nəticəsində yaralanıblar.
Yaralanan uşaqlardan biri ölüb.