Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov əmindir ki, Rusiya Qərblə hazırkı qarşıdurmaya tab gətirəcək.

"Unikal" xəbər verir ki, o, bu barədə "Rossiya-1" telekanalının efirində "Moskva. Kreml. Putin" proqramına müsahibəsində bildirib.

Kremlin sözçüsü jurnalist Pavel Zarubinin Rusiya Federasiyasının SSRİ-dən fərqli olaraq Qərblə qarşıdurmada “uğur” qazana biləcəyi ilə bağlı sualına “Biz bacarırıq” deyə cavab verib.