Ukraynanın baş naziri Denis Şmıxal Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının rəhbər orqanlarının yaz sessiyası çərçivəsində keçiriləcək tədbirlərdə iştirak etmək üçün gələn həftə Amerika paytaxtına səfər edəcək.
"Unikal" xəbər verir ki, Ukrayna Nazirlər Kabinetinin rəhbəri ABC televiziyasına müsahibəsində səfərini təsdiqləyib.
Baş nazirdən beynəlxalq ictimaiyyətdən iqtisadi yardım istəmək üçün gələn həftə sessiyada iştirak edib-etməyəcəyi soruşulub. Şmixal cavab verib ki, bizim maliyyə qrupumuz gələn həftə Vaşinqtonda Dünya Bankının, BVF-nin, ABŞ Xəzinədarlığının bütün mütəxəssisləri və rəhbərləri ilə işləyəcək:
“Biz hamımız ölkəmizə maliyyə dəstəyi ilə bağlı danışıqlar aparıb məsləhətləşəcəyik".