Rusiya ordusu Donetsk və Tavrid istiqamətlərində hərbi əməliyyatları intensivləşdirib.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin operativ məlumatında deyilir.
Qeyd olunub ki, rus hərbçiləri Tu-22M3 strateji bombardmançı təyyarələrdən istifadə etməklə Mariupol şəhərinə raket və bomba zərbələrini davam etdirir. Bununla yanaşı, dəniz limanı və Azovstal zavodu ərazisində hücum əməliyyatları keçirməyə cəhd ediblər.