Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələri əks-hücum nəticəsində bir neçə yaşayış məntəqəsini - Lebyajye, Bazalievka və Kutuzovkanın bir hissəsini azad edib.
"Unikal" xəbər verir ki, bu barədə Xarkov Regional Dövlət Administrasiyasının sədri Oleq Sinequbov məlumat yayıb. O, bildirib ki, Ukraynanın müdafiəçiləri Malaya Roqan kəndi yaxınlığında daha da şərqə doğru irəliləyiblər.
“Xarkov vilayətində müdafiəçilərimiz işğalçıları vilayət mərkəzindən uzaqlaşdıraraq bir sıra uğurlu əməliyyatlar həyata keçirirlər”, - deyə rəsmi bildirib.