Ermənistanın paytaxtı İrəvanda mitinq keçirilir.
"Unikal"ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Azadlıq meydanında müxalifətin təşkil etdiyi mitinqə bir neçə yüz adam toplaşıb.
"Mənim şərəfim var" fraksiyasının lideri və Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan insanları meydana gəlməyə çağırıb.
Axşam saatlarında polis etirazçıların çadır qurmaq cəhdinin qarşısını alıb, bir neçə nəfəri polis maşınlarına mindirib aparıblar.
Daha sonra Vanetsyan hakimiyyətin çadırların qurulmasına icazə verib-verməməsindən asılı olmayaraq, meydanı tərk etməyəcəyini bildirib: "Mən buradan heç yerə getmirəm, biz qeyri-müəyyən müddtətli etirazlara başlayırıq. Bizim mübarizəmiz ölkəmiz naminədir".
Ağarza Elçinoğlu