Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu beynəlxalq təhlükəsizlik sistemində islahatlara çağırıb. XİN rəhbəri qeyd edib ki, Ukraynadakı müharibə nümunəsi belə bir ehtiyacdan xəbər verir.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"Biz bunu Ukraynada görürük, biz bunu koronavirus pandemiyasının timsalında da gördük. İslahatlara ehtiyac var (təhlükəsizlik sistemləri - red.), lakin Türkiyə onların baş verəcəyini gözləyib, sakit oturmayacaq", - Çavuşoğlu Sinopda çıxışı zamanı deyib.
Xarici işlər naziri əlavə edib ki, Türkiyə bütün qonşularının ərazi bütövlüyünü dəstəkləyir.