Almaniyanın bir sıra federal əyalətlərinin polis və prokurorları Rusiyanın Ukraynaya müdaxiləsinə dəstəklə bağlı 140-dan çox iş üzrə araşdırmalara başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Almaniyanın ZEIT nəşri məlumat yayıb.
Bu hallar fevralın 24-nə - Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin başlandığı tarixə aiddir, onların əksəriyyəti simvollardan - Rusiya ordusunun hərbi texnikalarını işarələdiyi Z işarəsindən istifadəyə aiddir. Bəzi federal ştatlarda, o cümlədən Aşağı Saksoniya, Bavariya və Berlində belə simvoldan ictimai istifadə cinayət sayılır.
Xatırladaq ki, ehtimallardan birinə görə, Z simvolu polislərdən oğurlanıb: Z-nin İkinci Dünya Müharibəsində iştirak edən və 1945-ci ilə qədər davam edən dördüncü SS motorlu polis bölməsinin simvolu olduğu bildirildi.
Ağarza Elçinoğlu