Çeçenistan lideri Ramzan Kadırov Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiyaya on il müqavimət göstərməyə hazır olması barədə bəyanatını şərh edərkən bildirib ki, "Ukrayna lideri üçün hər şey bir neçə günə bitəcək".
"Unikal" xəbər verir ki, bu barədə respublika başçısı öz "Telegram" kanalında məlumat verib.
"Burada oxudum ki, Zelenski on il döyüşməyə hazır olduğunu bəyan etdi. Ay axmaq, sən nəsən? O qədər vaxtımız yoxdur, bu günlərdə səni bitirəcəyik. Məncə, səndə şizofreniya var", - Kadırov deyib.
Qeyd edək ki, Zelenski CNN-ə müsahibəsində "doğru olanı əldə etmək üçün Rusiya ilə on il mübarizə apara biləcəyini" bildirib.
Ağarza Elçinoğlu