İran prezidenti İbrahim Rəisi Tehranda keçirilən Ordu günü tədbirində iştirak edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, mərasimdə çıxış edən İran lideri İsraillə bağlı bəzi açıqlamalar verib.
"Sionist rejim bunu bilməlidir: Əgər ölkəmizə doğru ən kiçik bir addım atsanız, silahlı qüvvələrimiz sizin ürəyinizdən atəş açacaq", - deyə o, İsraili hədələyib.
Sonda çoxlu sayda hərbçinin və İnqilab Keşikçiləri Korpusunun komandirlərinin qatıldığı tədbirdə əsgərlər parad və paraşüt bölmələri nümayiş keçirilib.
Qeyd edək ki, İran 2015-ci il nüvə sazişini canlandırmaq üçün bir ildən çoxdur ki, Qərb ölkələri ilə danışıqlar aparır. Danışıqlar keçən ay ABŞ-ın İran İnqilab Keşikçiləri Qvardiyasını terrorçular siyahısından çıxarmaq qərarı ilə bağlı qeyri-müəyyənlik fonunda dayanıb.
Nüvə sazişini tanımaqdan imtina edən İsrail bundan əvvəl də İrandakı bəzi nüvə hədəflərinə hücumlar həyata keçirib.
Gülayə Mecid