Moskva Bolqarıstan səfirliyinin bir neçə əməkdaşını ölkədən çıxarır.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib.
"Aprelin 18-də Bolqarıstan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Atanas Kristin Rusiya Xarici İşlər Nazirliyinə dəvət edilib və orada ona nazirliyin notası təqdim olunub", - nazirliyin bəyanatında deyilir.
Nazirlik qeyd edib ki, bu tədbir Bolqarıstan tərəfinin mart ayında Rusiyanın Sofiyadakı səfirliyinin on diplomatını persona non-qrata elan etmək barədə əsassız qərara cavabdır.
Ağarza Elçinoğlu