Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Avropa İttifaqı (Aİ) üzvlüyünə namizəd statusu əldə etməsi üçün zəruri addım olan doldurulmuş sorğu anketini qurumun Kiyevdəki nümayəndəliyinin rəhbəri Matti Maasikasa verib.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.
Xatırladaq ki, aprelin 8-də Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Ukraynada keçirdiyi mətbuat konfransında həmin anketi Zelenskiyə təqdim etmiş və onu bir neçə il ərzində yox, həftələr ərzində doldurmağa kömək edəcəyinə söz vermişdi.
Bu anket Avropa Komissiyasına Aİ Şurasına Ukraynanın quruma daxil olması ilə bağlı danışıqların başlanması istiqamətində müzakirələrə başlamağı tövsiyə etməyə imkan verəcək.