Türkiyə Milli Müdafiə Nazirliyi (Amerika Birləşmiş Ştatları tərəfinə - red.) 40 yeni F-16-nın alınması və eyni zamanda mövcud olanların modernizasiyası üçün sorğu məktubu göndərib.
"Unikal" xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, bu çərçivədə Türkiyənin təhlükəsizlik ehtiyaclarını qarşılamaq üçün daha geniş tələb məktubu göndəriləcək.
“NATO müttəfiqləri arasında təhlükəsizlik ehtiyaclarını məhdudlaşdıran embarqoların olması ağlabatan deyil…Əgər (NATO çərçivəsində - red.) həmrəylik əvəzinə terror təşkilatlarını bir-birinə qarşı istifadə etmək və ya dəstəklək varsa, bunlar sağlam mexanizmlər deyil. Əgər bir NATO müttəfiqi təhlükəsiz deyilsə, heç bir NATO müttəfiqi təhlükəsiz deyil”, - deyə o bildirib.