ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Ukraynanın şərq və cənub bölgələrində Rusiya hərbçilərinin sayının artdığını açıqlayıb.
"Unikal" bu barədə CNN-ə istinadən xəbər verir.
Pentaqonun verdiyi məlumata görə, ötən həftənin sonundan etibarən Rusiya Ukraynanın şərqində və cənubunda mövcud qüvvələrinə 11 batalyon taktiki qrupları (BTQ) əlavə edib. Burada BTQ-lərin ümumi sayı 76-ya çatıb.
“Onlar Ukrayna daxilində öz imkanlarını artırıblar”, - deyən ABŞ Müdafiə Nazirliyinin rəsmisi əlavə edib ki, Ukraynadakı bütün Rusiya quru qüvvələri hazırda bu bölgələrdə cəmləşib.