Kriştiano Ronaldo yeni doğulan oğlunun vəfat etdiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə o sosial media hesabında yazıb.

37 yaşlı hücumçu yeni doğulan əkiz övladlarından birinin vəfat etdiyini bildirib. Uşağın ölüm səbəbi dəqiq bilinmir.